ATİ
TƏHSİL
TƏLƏBƏLƏR
ŞÖBƏLƏR
LAYİHƏLƏR
KİTABXANA
LİNKLƏR
ƏLAQƏLƏR
BAŞ SƏHİFƏ











PDF Print
Tesvir.com - Photo sharing made easy! Upload it! Share it!Azərbaycan Turizm İnstitutunun bir qrup tələbəsi İsraildə təcrübə kursu keçəcək. Aprelin 18-də doqquz tələbə İsrailə yola duşəcək. Təcrübə kursu 5 ay davam edəcək. Tələbələrin təcrübə keçməsində məqsəd dünyanın aparıcı turizm mərkəzlərinin iş prosesi ilə yaxından tanış olmaq və onu Azərbaycanda tətbiq etməkdir. Onu da qeyd edək ki, ötən il İnstitutun beş tələbəsi İsraildə təcrübə keçib. Təcrübə kursları İsrailin Azərbaycandakı Səfirliyi və ATİ arasında imzalanmış Anlaşma əsasında həyata keçrilir. Səfirlikdən İnstituta daxil olan məktubda bildirilib ki, ötən il azərbaycanlı tələbələr İsrailin turizm sənayesi ilə yaxından tanış olublar, eyni zamanda bu ölkənin təcrübəsindən yararlanmağa böyük səy göstəriblər. Bu səbəbdən də səfirlik 2010-cu ildə İnstitutun doqquz nəfər tələbəsini İsrailə göndərmək qərarına gəlib. Səfər öncəsində İnstitutun rektoru C. Cəfərov onlara məsləhətlər verib və İsraildə Azərbaycanı və ATİ-ni layiqincə təmsil etməyi tövsiyyə edib.
Tesvir.com - Photo sharing made easy! Upload it! Share it!ATİ-nin rektoru Cəfər Cəfərov 3-14mart 2010-cu il tarixlərində Almaniyada elmi ezamiyyətdə olmuşdur. Səfər müddətində əsasən ikitərəfli əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılmış, ölkənin Oldenburq şəhərində təhsil və tədqiqat üzrə Federal Nazirlik tərəfindən işlənib hazırlanmış müvafiq layihəni müzakirə etmiş, Vilhelmshaven şəhərində Biznes Elmləri üzrə ixtisaslaşan cavabdeh şəxslərlə işgüzar görüşlər keçirmişdir. Eyni zamanda qeyd edilən şəhərlərdə turizm təhsilinə həsr olunmuş seminara qatılmış, Hannover Mədəniyyət Nazirliyində görüşlər keçirmiş, Berlin Beynəlxalq Turizm Yarmarkasında iştirak etmişdir. Almaniyanın Oldenburq Universitetində “Azərbaycan üçün nəzərdə tutulmuş səyahət bələdçisi” ideasının reallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər müzakirə edilmişdir.
16.03.2010 cu il tarixində şair, tərcüməçi Səlim Babullaoğlu ilə tələbə-müəllim heyətinin görüşü keçrilmişdir. Yaradıcılığı barədə məlumat verən şair, eyni zamanda müasir ədəbiyyatın problemləri barədə düşüncələrini tələbələrlə bölüşmüşdür. Sonda ATİ-nin kitabxanasına Yazıçılar İttifaqının hədiyyəsi olaraq 25 kitab hədiyyə etmişdir.
03 -06 sentyabr 2009-cu il tarixində Beynəlxalq əlaqələr və layihələr şöbəsinin müdiri Nigar Abbaszadə Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üçün Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi Lot 6 proqramının Gürcüstanda keçirilən Tərəfdaşlıq Görüşündə iştirak etmişdir. Tədbirdə layihənin birinci mərhələsinin yekunları müzakirə edilmiş, layihə üzrə Gürcastanın ən fəal tələbəsi mükafatlandırılmışdır.
21 avqust 2009-cu il tarixində rektor C.Cəfərov “Ədəbiyyat” qəzetinin əməkdaşına müsahibə vermişdir. Müsahibədə rektor özü haqqında, ATİ-nin fəaliyyəti, perspektivləri, Naxçıvanın 86 illik səfəri ilə bağlı təəssüratı, Azərbaycan turizm sənayesinin gələcəyi, yeni gənc nəslin yetişdirilməsi, onların ədəbiyyata marağı kimi məsələlərə toxunulmuşdur.
19 avqust 2009-cu il tarixində Almaniyanın Martin Luther Universitetinin kitabxanasının (Halle şəhəri) Azərbaycandakı nümayəndəsi Namiq Əzizov rektor Cəfər Cəfərovla görüşmüşdür. N.Əzizov kitabxana haqqında ətraflı məlumat verərək, xaricdə Azərbaycan dilində ən böyük kitab fondunun bu kitabxanada yerləşdiyini bildirmişdir.
14 avqust 2009-cu il tarixində Qafqaz Universitetinin rektoru Ahmet Saniç və ABŞ-ın PENN Dövlət Universitetinin İdarəçilik və Beynəlxalq Biznes üzrə professoru c'nab Refik Culpan ATİ-də qonaq olmuşlar. Görüşdə əməkdaşlıq imkanları müzakirə edilmişdir. Sonda qonaqlar institutla əyani tanış olmuşlar.
12 avqust 2009-cu il tarixində Almaniyanın Baden Wuerttemberg Koperativ Dövlət Universitetinin əməkdaşı, Qonaqpərvərlik Şöbəsinin müdiri cənab Volfqanq Fuş Azərbaycan Turizm İnstitutunda görüş keçirmişdir. İlk olaraq, ATİ-nin rektoru C.M.Cəfərov institut haqqında qonağa məlumat vermişdir. Daha sonra cənab Volfqanq Fuş Baden Wuerttemberg Koperativ Dövlət Universiteti, orada tədrisin təşkili haqqında təqdimat keçirmişdir. 2009-cu ildən koperativ universitet statusu alan bu ali təhsil müəssisəsində 25 min tələbədən 500 nəfəri turizm, qonaqpərvərlik sənayesi üzrə təhsil alır. 3 il ərzində tələbələr tədris ilinin bir hissəsində təhsil alır, digər yarım hissəsində isə müxtəlif turizm müəssisələrində çalışırlar. Eyni zamanda, o, Almaniyanın turizm sənayesi haqqında da qısa məlumat vermişdir. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

 

İnstitutla əyani tanışlıqdan sonra xatirə şəkli çəkilmişdir. Görüşdən sonra C.Cəfərov və cənab Volfqanq Fuş Azərbaycan-Almaniya Biznes Forumunda iştirak etmişlər.


11 avqust 2009-cu il tarixində ATİ-nin rektoru C.Cəfərov Latviyanın prezidenti Valdis Zatlersin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən Azərbaycan-Latviya Biznes Forumunda iştirak etmişdir. Forum çərçivəsində, o, Latviyalı iş adamları, o cümlədən, Turiba Ali Biznes Məktəbinin Beynəlxalq əlaqələr üzrə propektoru cənab İmants Berqslə görüşmüşdür. Görüşdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

24 iyul 2009-cu il tarixində rektor yanında müşavirə keçirilmişdir. Müşavirədə yeni açılmış ixtisaslar və onlar üzrə tədris ediləcək fənlərlə bağlı ətraflı müzakirə aparılmışdır.


23 iyul 2009-cu il tarixində rektor Cəfər Cəfərov AzTV-yə müsahibə vermişdir.


21 iyul 2009-cu il tarixində E-learninglə bağlı pilot layihənin icrası ilə bağlı layihə iştirakçılari bir araya gəlmişlər.


15 iyul 2009-cu il tarixində Azərbaycan Turizm İnstitutunda H. Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyi münasibətilə “Yeni dövrün başlanğıcı” (1969 – 2009) adlı tədbir keçirilmişdir. İnstitutun professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi toplantıda H. Əliyevin Azərbaycan KP MK-nın I katibi seçildiyi 14 iyul 1969-cu il və yeni strategiyanın əsasını qoymuş 5 avqust 1969 və 29 oktyabr 1971-ci il plenumlarının mateialları haqqında geniş məlumat verilmişdir. Toplantıda çıxış edən institutun rektoru, t.e.n., dosent Cəfər Cəfərov ümummilli liderin fəaliyyətinin 1969 – 1982 və 1993-2003-cü illəri haqqında geniş məruzə etmişdir. Tədbirin sonunda tədbir iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, müzakirələr aparılmışdır.


14 iyul 2009-cu il tarixində E-learninglə bağlı pilot layihənin icrası ilə bağlı növbəti görüş keçirilmişdir.


13 iyul 2009-cu il tarixində rektor Cəfər Cəfərov mediaforum saytının jurnalistlərinə müsahibə vermişdir. Müsahibədə yarandığı gündən bu günə kimi ATİ-nin əldə etdiyi nailiyyətlərdən və gələcək perspektivlərdən danışmışdır.


10 iyul 2009-cu il tarixində Peşə Təhsili və Təlimi üzrə beynəlxalq ekspert xanım Mie Poulsen və Layihənin Bakı üzrə kordinatoru Saidə Nəbiyeva Azərbaycan Turizm İnstitutunun əməkdaşları ilə görüşmüşlər. İlk olaraq Peşə Təhsili və Təlimi layihəsi haqqında qısa məlumat verilmişdir. Bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.


10 iyul 2009-cu il tarixində tədris olunan fənlərin pedaqoji təminatı ilə bağlı 2008/2009-cu tədris ilində yerinə yetirilməsi nəzərdə tutulmuş işlərin vəziyyətini müzakirə etmək üçün Rektor yanında müşavirənin iclası keçirilmişdir.


8 iyul tarixində IMC Krems Tətbiqi Elmlər Universitetinin prezidenti cənab Heinz Boyer rektor Cəfər Cəfərovla təkbətək görüşmüşdür.


7 iyul 2009-cu il tarixində E-learninglə bağlı pilot layihənin icrası ilə bağlı görüş keçirilmişdir. Görüşdə həyata keçirilən pilot layihə çərçivəsində görülən və nəzərdə tutulan məsələlər müzakirə edilmişdir.


7 iyul 2009-cu il tarixində IMC Krems Tətbiqi Elmlər Universitetinin prezidenti cənab Heinz Boyer ATİ rəhbərliyi ilə görüş keçirmişdir. Görüşdə cənab Boyer Omanda açılmış yeni universitet haqqında ətraflı məlumat vermişdir. ATİ əməkdaşları iki ali təhsil müəssisəsi arasında imzalanmış müqaviləyə müəyyən əlavə və dəyişikliklər edilməsi təklifilə çıxış etmişlər. Sonda xatirə şəkli çəkdirilmişdir.


6 iyul 2009-cu il tarixində Kaliforniya Universitetindən xanım Regine Spektr ATİ-də qonaq olmuşdur. Görüşdə turizmin inkişafı ilə bağlı Dövlət Proqramı, Tədqiqat və İnkişaf Mərkəzinin həyata keçirdiyi layihələr haqqında qonağa ətraflı məlumat verilmişdir.

 

Cümə, 03 Sentyabr 2010
Fotoqalereya
© Azərbaycan
Turizm İnstitutu
2007

Baş səhifə     Arxiv     Əlaqələr     Saytın xəritəsi
Koroğlu Rəhimov 822/23
(Gənclik metrosu)
AZ-1072. Bakı, Azərbaycan
Tel: 5644233,  5645411,
     5648671 (72) (73).
Fax: 5644234
ATI@tourism.edu.az