Fairmont Baku otelinin Baş meneceri cənab Adrian Ellis Azərbaycan Turizm İnstitutunun qonağı olub.

E-mail Print PDF
There are no translations available.

Fevralın 20-də Azərbaycan Turizm İnstitutunda ATİ Məzunlar Assosiasiyasının (ATİMA) təşəbbüsü ilə Fairmont Baku otelinin Baş meneceri Adrian Ellis və İcraedici inzibati köməkçi Aygün Ağayevanın iştirakı ilə görüş-təqdimat-seminar keçirilib. ATİ-nin rektoru t.e.d prof Cəfər Cəfərov tədbir başlamazdan əvvəl qonaqlarla görüşüb. ATİMA-nın görüş-təqdimat-seminar keçirmək təklifini razılıqla qarşıladıqları üçün qonaqlara təşəkkür edib. Ali təhsil ocağının 6 il ərzindəki fəaliyyəti barədə qısa məlumat verib. ATİ-də təhsilin Boloniya prosesinə uyğun qurulduğunu, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq müqavilələri və memorandumu imzaladığını, tələbələrin turizm sənayesinin inkişaf etdiyi ölkələrdə istehsalat təcrübəsi keçmək imkanı qazandığını qonaqların nəzərinə çatdırıb.
Last Updated ( Wednesday, 22 February 2012 13:05 )
 

Avrasiya İpək Yolu Universitetləri Konsorsiomunun İcraçı Şurasının iclası

E-mail Print PDF
There are no translations available.

ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, institutun dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsrulla Nəsirli Türkiyənin Ərzurum şəhərində keçiriləcək Avrasiya İpək Yolu Universitetləri Konsorsiomunun İcraçı Şurasının iclasında və I Qış Anadolu Sammitində iştirak edəcəklər

Fevralın 23-dən 26-dək Türkiyənin Ərzurum Atatürk Universitetində “Turizm, idman, biomüxtəliflik və qlobal dəyişikliklər mövzusunda birgə layihələr” adlı I Qış Anadolu Sammiti, eyni zamanda fevralın 23-də adı çəkilən təhsil ocağında Avrasiya İpək Yolu Universitetləri Konsorsiomu İcraçı Şurasının növbəti iclası olacaq. İngilis dilində keçiriləcək tədbirdə ali təhsil müəssisələrinin rəhbərləri, hökumət nümayəndələri və siyasətçilərin iştirakı nəzərdə tutulub. Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Avrasiya İpək Yolu Universitetləri Konsorsiomu İcraçı Şurasının 9 üzvündən biri kimi tədbirə dəvətlidir. Rektor C.Cəfərov eyni zamanda I Qış Anadolu Sammitində də iştirak edəcək. Tədbirdə institutun dekanı N.Nəsirlinin “Azərbaycanda aqrar turizmin inkişaf istiqamətləri” mövzusundakı məruzəsi gündəmdədir.
Last Updated ( Monday, 20 February 2012 14:39 )
 

Türkiyənin İğdır Universitetinin nümayəndələri Azərbaycan Turizm İnstitutunda olmuşlar

E-mail Print PDF
There are no translations available.

Türkiyənin İğdır Universitetinin nümayəndələri Şahin Əhmədoğlu və Elşad Abdullayev Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar. Görüşdə institutun prorektoru Eldar Aslanov institutun yaranma tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat vermişdir.
Bildirmişdir ki, bu ali təhsil ocağı Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə təhsil sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi imzalamışdır.
Avropa İttifaqının Erasmus Mundus proqramı çərçivəsində tələbə-müəllim mübadiləsinin əhəmiyyətini qeyd edən E.Aslanov Şimali Kiprin Girne Amerika və Doğu Akdeniz universitetləri, Almaniyanın Oldenburq Tətbiqi Elmlər və Jade universitetləri ilə əməkdaşlığın faydalılığından danışmışdır.
Səmimi görüşə görə təşəkkürünü bildirən Şahin Əhmədoğlu İğdır Universitetinin 2008-ci ildən fəaliyyət göstərdiyini, 6 fakültə və ali təhsil ocağının nəzdindəki institutlarda 2800 tələbənin təhsil aldığını diqqətə çatdırmışdır. O, Ağrıdağ Araşdırma Mərkəzində aparılan tədqiqatların əhəmiyyətindən danışmış, İğdir Universitetində 2012/2013-cu tədris ilindən etibarən turizm fakültəsinin fəaliyyət göstərəcəyini bildirmişdir. Qonaq ATİ-nin bu sahədəki təcrübəsindən yararlanmağın faydalılığına inandığını vurğulamışdır.

Last Updated ( Thursday, 16 February 2012 14:04 )
 

Doğu Akdeniz Universitetinə Azərbaycan Turizm İnstitutunun əməkdaşlarının işgüzar səfəri

E-mail Print PDF
There are no translations available.

ATİ-nin bir qrup əməkdaşı Doğu Akdeniz Universitetində beynəlxalq təcrübə mübadiləsi kursunun dinləyicisi olmuşdur.

Bakı, 6 fevral (AzərTAc). Yanvarın 28-dən fevralın 5-dək Şimali Kiprin Doğu Akdeniz Universitetində (DAU) “XXI əsrdə turizmin və mədəniyyətin menecmentinin tədrisində kurikulumun rolu” mövzusunda beynəlxalq təcrübə mübadiləsi kursu təşkil olunmuşdur. Azərbaycan Turizm İnstitutunun (ATİ) bir qrup əməkdaşı beynəlxalq kursda iştirak etmişdir. ATİ-nin turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı Nəsrulla Nəsirli AzərTAc-a bildirmişdir ki, beynəlxalq mübadilə kursunda institutun əməkdaşları əsasən TedQual sertifikatının alınması üçün lazımi sənədləşmə və prosedurlarla tanış olmuş, sillabus və kurikulumların tərtibatı üzrə təcrübə mübadiləsi aparmış, gələcək əməkdaşlığın parametrlərini yenidən nəzərdən keçirmişlər.
Səfər çərçivəsində təhsil müəssisələri arasında tələbə mübadiləsi, yay məktəbinin və dil kurslarının təşkili, magistrlər üçün ikili diplom proqramlarının hazırlanması istiqamətində geniş fikir mübadiləsi aparılmış, təkliflər verilmişdir.
ATİ ilə DAU arasında əməkdaşlıq müqaviləsi 2010–cu ildə imzalanmışdır.

Last Updated ( Monday, 20 February 2012 14:44 )
 

Türkiyə Respublikasında Universitet fondlarının təsis olunması və fəaliyyəti

E-mail Print PDF
There are no translations available.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Çağ Öyrətim İşlətmələri Qafqaz Universitetinin təşkil etdiyi ali təhsil müəssisələrinin faəliyyətlərinin dəstəklənməsi məqsədi ilə fondların təsis olunması mövzusu ətrafında seminara dəvət olunmuş Səlcuk Universiteti Fondunun sədri dosent İbrahim Arslanın hazırladığı “ Türkiyə Respublikasında Universitet fondlarının təsis olunması  və fəaliyyəti” mövzusunda seminar keçirilmişdir.

     Bu seminarda Azərbaycan Turizm İstitutundan Flora Ələsgərova, Günel Teymurova, Anar Mirəzyev və  Vəli Məmmədov iştirak etmişdir.
Last Updated ( Tuesday, 14 February 2012 17:24 )
 

ATİ-nin əməkdaşı Avropa Birliyinin Erasmus Mundus Action 2 layihəsi çərçivəsində

E-mail Print PDF
There are no translations available.

ATİ-nin əməkdaşı Vüsalə Qəhrəmanlı Avropa Birliyinin Erasmus Mundus Action 2 layihəsi çərçivəsində akademik heyət mobilliyi üzrə qazanılmış təqaüd proqramının  iştirakçısı olmuşdur.

Azərbaycan Turizm İnstitutunun Beynəlxalq Əlaqələr və Layihələr şöbəsinin mütəxəssisi Vüsalə Qəhrəmanlı Swansea Metropolitan Universitetində (Ueyls, Böyük Britaniya Birləşmiş Krallığı) hər il keçirilməsi planlaşdırılan akademik mübadilə proqramının iştirakçısı olmuşdur. Avropa Birliyinin Erasmus Mundus Action 2 layihəsi proqramının şərtlərinə əsasən akademik mübadiləni təşkil etmək hüququ qazanmış müəyyən universitetlərin birində tərəfdaş ali məktəblərin nümayəndəsi 1 ay müddətində dərs, təcrübə keçməklə bərabər tədqiqat aparmaq şansı qazanır. ATİ-nin əməkdaşı Vüsalə Qəhrəmanlı Swansea Metropolitan Universitetində təşkil olunmuş akademik heyət mobilliyi üzrə qazanılmış təqaüd proqramı çərçivəsində qonağı olduğu ali təhsil ocağının tədris və təhsil sistemini öyrənmiş, universitetlərarası əməkdaşlığın mümkün yollarının müzakirəsində təkliflə çıxış etmişdir.
Last Updated ( Monday, 13 February 2012 11:41 )
 

Azərbaycanda kəskin hava şəraiti ilə əlaqədar bütün orta ümumtəhsil məktəblərində dərslər təxirə salınıb.

E-mail Print PDF
There are no translations available.

Bakıda kəskin hava şəraiti ilə əlaqədar ATİ-də 3 fevral tarixində nəzərdə tutulmuş imtahan 6 fevral saat 9:00-da keçiriləcək. 

Last Updated ( Friday, 03 February 2012 15:46 )
 
  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  10 
  •  Next 
  •  End 
  • »
Page 1 of 16

We have 394 guests online

Digər dilləri seçin

Turizm ili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsi haqqında sərəncam imzalayıb

Son xəbərlər

Stop
Play

TƏDBİRLƏR

Türkiyə Respublikasında Universitet fondlarının təsis olunması və fəaliyyəti There are no translations available. Azərbaycan Respublikası Təhsil Nazirliyi Çağ Öyrətim İşlətmələri Qafqaz Universitetinin təşkil etdiyi ali təhsil müəssisələrinin faəliyyətlərinin dəstəklənməsi məqsədi ilə fondların təsis olunması mövzusu ətr...
 

ELANLAR

The Ministry of Culture and Tourism of the Republic of Azerbaijan
Azerbaijan Tourism Institute
Baku Tourism Vocational School announces the first recruitment of pupils!
To provide tourism and other service sectors with professional staff in the Republic of Azerbaijan Baku Tourism Vocational School of Azerbaijan Tourism Institute announces the first recruitment of pupils for the following short-term courses:
o    Tourism agent
o    Cook
o    Barman, bartender, waiter
o    National park guide
o    Mountain-ski tourism guide
o    Hairdresser (male and female)
o    Accountant individual computer operator
o    Operator accountant
o    Ecotourism guide
o   

ƏMRLƏR

İki tələbə institutdan xaric edilmişdir There are no translations available.Rus dili fənnindən nəzərdə tutulmuş şifahi yoxlama zaman...
 
Şiddətli töhmət There are no translations available. TO 0901 qrupunun tələbələri Rüstəm Abdulla oğlu Əhməd...
 

Ziyarətçilər

Bu günBu gün135
DünənDünən164
Bu həftəBu həftə498
Keçən həftəKeçən həftə4011
Bütün günlərBütün günlər46320